Region sahibkarları ilə görüş keçirilib

Şəkidə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan yüzə yaxın sahibkarla görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalınən keçirdiyi görüşdə  Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək qeyri-neft sektorunun və sahibkarlığın inkişafının ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu deyib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bölgələrdə keçirilən belə görüşlərin əsas məqsədinin sahibkarlara Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı barədə geniş məlumat verməkdən ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, son illər regionların inkişafı ilə bağlı müvafiq dövlət proqramlarına uyğun olaraq kompleks tədbirlər görülür. Ölkədə aparılan iqtisadi islahatlar barədə məlumat verən Vüsal Qasımlı, xüsusilə ixrac potensialının artırılması istiqamətində yaradılmış şəraitdən səmərəli istifadə etməyin vacibliyini vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR