Fikrət Məmmədov gürcüstanlı həmkarı ilə görüşüb

Ədliyyə naziri Gikrət Məmmədov ölkəmizdə səfərdə olan Gürcüstanın ədliyyə naziri xanım Tea Tsulukiani rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir F.Məmmədov bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib, mötəbər beynəlxalq konfrans və forumlarda görüşlərini xatırladıb, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən hakimlərin Avropada ən şəffaf seçimi, elektron məhkəmənin tətbiqi, inzibati ədliyyənin fəaliyyəti barədə məlumat verib. Həmçinin, ədliyyə sistemində şəffaflığın təmin olunması, açıq hökumətin təşviqi, ictimai iştirakçılıq, habelə korrupsiyaya qarşı mübarizə tədbirlərindən, o cümlədən Azərbaycan brendi olan və ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi "ASAN xidmət"in vətəndaş məmnunluğunu təmin edən fəaliyyətindən bəhs edib. Respublikamıza  səfərindən məmnunluğunu ifadə edən nazir T.Tsulukiani dost ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafını, beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiyini vurğulayıb. Qonaq iki ölkənin ədliyyə orqanlarının hüquqi yardım və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyətini qeyd edərək bu əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib, Azərbaycanın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərinə, bu sahədə müsbət təcrübəsinə, o cümlədən elektron məhkəmənin tətbiqinə maraq göstərərək təqdir edib. Xanım nazir həmçinin, öz ölkəsinin ədliyyə və məhkəmə-hüquq sistemi, həyata keçirilən islahatlar barədə məlumat verərək qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduğunu, təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib.

.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR