Qriplə bağlı son statistika açıqlandı - 10 nəfərdə H3N2 virusu tapıldı

"Ötən ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə, laborator müayinələrin aparılması üçün 334 nümunə daxil olub". Bunu RTƏS-in Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.

Onun sözlərinə görə, müraciətlərin 30-u son 1 ay ərzində - yanvarın ortalarından indiyədək daxil olub. İndiyədək daxil olan nümunələrin müayinəsi nəticəsində 10 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virusu aşkarlanıb.

R.İsmayılova qeyd edib ki, virus aşkarlanan xəstələrin, eləcə də H3N2 virusuna yoluxanların heç birində kəskin klinik əlamətlər müşahidə edilməyib, onların hamısı sağalıb.

Şöbə müdiri H3N2 virusunun mövsümi qrip olduğunu və onun daha yüngül klinik əlamətlərlə müşahidə edildiyini də söyləyib. Onun sözlərinə görə, bu virusa yoluxma zamanı xəstədə hərarət, başağrısı, boğaz ağrısı müşahidə edilir:

"Qrip hesab olunmayan və qripə bənzər əlamətləri olan paraqrip və adena virusa yoluxma zamanı da soyuqlama əlamətləri - yüksək hərarət, başağrısı, öskürək, boğaz ağrısı müşahidə edilir. Amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Biz müayinələr zamanı gördük ki, H3N2-yə yoluxanların vəziyyəti paraqrip və adena virusa yoluxanlarla müqayisədə daha yüngüldür. Ümumilikdə, daxil olan müraciətlərə əsasən, artıq müraciətlərin sayının azaldığını söyləmək olar".

R.İsmayılova əlavə edib ki, bu il kəskin resirator virus infeksiyalarına yoluxma epidemik həddi keçməyib. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR