Azərbaycanda elektron medianın fəaliyyəti üçün hər cür şərait var

Azərbaycanda müstəqil mətbuatın formalaşması asad medianın inkişafına şərait yaradıb. Artıq ölkədə söz, fikir və plüralizm azadlığı ilə bağlı heç bir problem yoxdur. Üstəlik Azərbaycan bu sahədə islahatları davam etdirir, mətbuatin inkişafına, jurnalistlərin sosial problemlərinin həllinə qayğı ilə yanaşır. Demək olar ki, media orqnlarına dünyaının heç bir inkişaf etmiş ölkəsində belə müşahidə olunmayan qayğı Azərbaycanda sərgilənməkdədir. Təkcə media orqanının dövlət qeydiyyatına alınması prosesinin sadələşdirilməsi Azərbaycan mətbuatına münasibətin göstəricisi kimi qəbul edilə bilər. Paralel olaraq, dövlət media sahəsində beynəlxalq öhdəliklərin icrasını təmin edir, mətbuatın müasir dünya standartlarına uyğunlaşmasına şərait yaradır. O başqa söhbət ki, mətbuat yaranmış şəraitdən nə dərəcədə və hansı məqsədlər üçün istifadə edir. Fakt ondan ibarətdir ki, ölkədə azad, müstəqil medianın yaradılması üçün hər cür şərait var. Hazırda qarşıda duran məslələrdən biri də elektron medianın hüquqi statusunun müəyyən edilməsidir ki, əldə olunan məlumata görə, artıq bununla bağlı dünya təcrübəsi öyrənilir. Baxmayaraq ki, hələlik dünya ölkələrinin əksəriyyətində  internet medianın hüquqi statusu ilə bağlı məsələ qaçıq qalıb. Azərbaycanda isə KİV-in fəaliyətini tənzimləyən, hətta beynəlxalq standartlara cavab verən qanunvericilik bazası mövcuddur. Məhz bu kimi amillər imkan verir ki, elektron medianın da hüquqi statusu müəyyən edilsin. Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov Milli Məclisdə çıxışı zamanı qeyd edib ki, Azərbaycanda internet medianın sayı gündən-günə çoxalmaqdadır: "İndi təkcə  Azərbaycan üçün deyil, dünyanın hər yerində ictimai fikr əsasən internet media vasitəsi ilə formalaşır. Lakin indiki durumda bu media orqanları hüquqi münasibətlər sistemində çıxış etmirlər. Bir sıra qanunlarda internet informasiyanın  yayılma realı ictimaiətə çatdırılma vasitəsi kimi  nəzərdə tutlsa da bu yetırli deyil. Hazırki durumda internet media yaradanlar yaxşı halda Vergilər Nazirliyində vergi ödəyiciləri kimi qeydiyyata düşürlər. Əksəriyyət isə yalnız domen və hostik əldə etməklə fəaliyyət göstərir. Belə olan halda onların hüquqi münasibətlər sistemində, konkret olaraq məhkəmə müstəvisində mübahisələndirməsi çətinlik yaradır. Ona görə də yaxşı olardı ki, internet mediada biləvasitə hüquqi münasibətlər sistemində çıxış etsin". MŞ sədri bildirib ki,  Azərbaycanda media ilə bağlı qanunverici baza kifayət qədər təkmildir, ölkəmizdə mediaya sistemli dövlət qayğısı var. Bu qayğı prezident İlham Əliyevin ifadə azadlığına  verdiyi böyük dəyərdir. Bu dəyər hər zaman aktualdır. Ona görə də internet media ilə bağlı məsələ cəmiyyətdə geniş müzakirə olunmalıdır. Elə mexanizm yaradılmalıdır ki, onun tətbiqi mövcud söz və ifadə azadlığını heç vəclə məhdudlaşdırmasın. Yalnız domin və hostik əldə etməklə intrenet media orqanı yaradıb kimlərinsə şəxsi həyatına müdaxilə edəcəksə, buna yol vermək olmaz. Yəqin ki, bu sessiya müddətində mümkün olmayacaq. Lakin istərdim ki, yaxın gələcəkdə bu məsləyə diqqət yetirilsin.  Dəfələrlə internet medianın dövlət tərəfindən maliyyələşməsi məsələsini gündəmə gətirmişəm. İndi də o fikirdəyəm ki, bu məsələ olduğca vacibdir. Düşünürəm ki, internet medainın statusu müəyyənləşərsə, saytların maliyyələşməsi mexanizminin tətbiqində  çətinlik çəkməyəcəyik". Onun sözlərinə görə,  növbəti məsələ informasiya təhlükəsizliyi ilə bağlıdır: "Ölkədə təhlükəsizlik konsepsiyası qəbul edilib. Sənəddə informasiya təhlükəsizliyi ilə bağlı müddəalar da əksini tapıb. Lakin həmin müddəalar ümimi xarakter daşıyır. İnformasiya təhlükəsizliyi məsələsi isə yaşadığımız dövr üçün aktual əhəmiyyət daşımaqdadır.  Üstəlik müharibə şəraitindəyik, indi mühadibə aparmaq forma və üsulları dəyişib. Çox zaman düşmən informasiya cəbhəsində fəallıq göstərir. Bu sahədəki təhlükəsizliyin təmin edilməsi həm də insan hüquq və azdlıqlarının dərinləşməsi prosesinə müsbət təsir edir. Ona görə də fundamental əhəmiyyət daşıyan informasiya təhlükəsizliyi məsələsində xüsusi təşəbbüskarlıq göstərməliyik".       

Report.az  saytının baş redaktoru Murad Əliyev qeyd edib ki, ümumiyyətlə, müstəqilliyinə qovuşandan sonra inkişaf və demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər, atdığı addımlar, onların uğurlu nəticələrini hər kəs müşahidə edə bilər: "Çünki, söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı demokratiyanın vacib elementlərindən biridir və bu səbəbdən prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycanda 1998-ci ildə senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ümumimilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Bununla da, ölkədə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentliklərinin, elektron KİV-in, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Ulu öndər söz, fikir, mətbuat və məlumat azadlığının, eləcə də plüralizmin inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Prezident İlham Əliyev ölkə başçısı kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönələn siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. İnsanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün Konstitusiyada olunan bəzi əlavə və dəyişikliklər də mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Qeyd edək ki, həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkəi ctimaiyyəti tərəfindən də dəstəkləndi. Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial vəziyyəti və mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması, həmçinin digər tədbirlər mətbuatın inkişafına göstərilən diqqət və qayğının nümunəsidir. Məhz bunun nəticəsi olaraq ölkəmizdə fikir, söz, mətbuat azadlığı və plüralizm daim inkişaf edir və yüksək səviyyədə qorunur. Onun sözlərinə görə, mətbuatın cəmiyyətin güzgüsü olduğunu nəzərə alsaq, şübhəsiz ki, problemlərlə bağlı öz sözünü deməlidir: "Amma yanaşma obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Elə ölkəmizdə demokratik təsisatların, o cümlədən fikir, söz, məlumat azadlığının, plüralizmin inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirən Azərbaycan dövlətinin və cəmiyyətin də istəyi budur. Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, neqativləri obyektiv qabartmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstəkolmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır. Bu gün mətbuat dördüncü hakimiyyət kimi dəyərləndirilirsə, bu artıq media ictimaiyyətini üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməyə çağırır". Azərbaycan mətbuatında elektron medianın rolunu yüksək dəyərləndirən baş redaktor qeyd edib ki,  müasir dünya virtual aləm vasitəsilə idarə olunur desək, yanılmarıq: "Müasir texnologiyaya söykənən informasiya mübarizəsi yaşadığımız əsri internet əsri adlandırmaq olar. Bu səbəbdən istər ölkədə, istərsə də beynəlxalq ictimaiyyətin ölkə reallıqları barədə dolğun məlumatlandırılmasında  mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası, nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. Həmin səbəbdən, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini,  Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını KİV-lər faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıdır. Elektron mətbuat nüminələrimiz də məkrli yanaşmalara cavab olaraq Azərbaycanın əldə etdiyi uğurları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR