Daha bir yeni tikili sakinləri “Kütləvi çıxarış”dan faydalanıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 fevral tarixində keçirilən növbəti "Kütləvi çıxarış" kampaniyasından Sabunçu rayonunun, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ünvanında yerləşən 5 girişli "Bakıxanov Residence I" yaşayış kompleksinin 360 mənzilli binada yaşayan sakinlər faydalanıb. Komitədən "Olaylar"a verilən mlumata görə, "Bakıxanov Residence I" yaşayış kompleksinin 40-a yaxın sakininə öz mənzillərinə dair hazır çıxarışlar əldə ediblər. Həmçinin bir qisim sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.

Qeyd edilməlidir ki, kampaniya birbaşa olaraq vətəndaşların yaşadığı binanın ünvanında keçirilir. Bununla da bina sakinləri vaxtlarına qənaət edərək, gündəlik işlərindən ayrılmadan, öz ünvanlarında mənzillərində dair çıxarışlar əldə ediblər. Bütün bunlar əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət edir. Sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR