Sərhədçilər yubiley tədbiri keçiriblər

Fevral ayının 11-də Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının 10-cu ildönümü münasibəti ilə bayram tədbiri keçirilib. DSX-dan "Olaylar"a verilən məılumata görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev iştirak etmişdir.  Mərasim iştirakçıları öncə hərbi hissənin ərazisinə baxış keçirmiş, yaradılmış şəraitlə tanış olmuşlar. Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında marşlar və həzin musiqilər səsləndirilmiş, Atçılıq Mərkəzinin nailiyyətlərini əks etdirən filmə baxış keçirilmişdir. Yubiley mərasimində xüsusi xoreoqrafiya ilə Azərbaycan bayrağı ilə Qarabağ və Dilboz atları üzərində "Süvarilər" qrupu, İsland Poniləri, Çövkən komandaları, Konkurçular, Poloçular parad şəkilində atlarla manejə daxil olmuşlar. Daha sonra "Süvarilər" qrupunun nümunəvi çıxışları nümayiş etdirilmiş və Konkur elementləri üzrə yarış keçirilmişdir.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali qayğısı sayəsində ölkəmizin idman nailiyyətlərinin ildən-ilə artdığı,atçılığın və atçılıq idmanının xüsusi diqqət mərkəzində saxlanıldığı, Azərbaycan atçılıq idmanının bu gün inkişaf dövrünü yaşadığı vurğulanmış, Atçılıq Mərkəzinin əldə etdiyi nailiyyətlərdən danışılmışdır. Ölkəmizdə keçirilən "Çövkən" oyunlarında, konkur və cıdır yarışlarında sərhədçi idmançıların qazandıqları uğurlar, 2015-ci ilin sentyabr ayında ilk dəfə olaraq Bakı şəhərində id­man reytinqinə görə Avropanın ən güclü yığmalarının iştirakı ilə ke­çi­ril­miş Arena Polo üzrə 1-ci Avropa Çempionatında milli yığ­ma­mızın qazandığı qələbədə sərhədçi idmançıların xüsusi rolu qürur hissi ilə qeyd edilmişdir. Yubiley tədbirinin sonunda fərqlənmiş idmançılar və hərbi qulluqçular mükafatlandırılmışlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR