Ombudsman BMT QAK–la əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) zorakılıq əleyhiyə mübarizə üzrə 2016-cı ildən əməkdaşlıq edir və görülmüş işlər nəticəsində müsbət təcrübə əldə edilmişdir.

Qeyd olunanlar nəzərə alınaraq, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi qərara alınmışdır.13 fevral 2017-ci il tarixdə Ombudsman Elmira Süleymanova BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə keçirdiyi görüş çərçivəsində 2017-ci ilin sonunadək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun məqsədi "Didərginlik situasiyalarında qadınların səlahiyyətləndirilməsi" layihəsinin davam etdirilməsi vasitəsilə Azərbaycanda gender bərabərliyinin və qadınların səlahiyyətləndirilməsinin təşviqinə yönələn əlaqəli səylərə dəstək verməkdir. Sənəddə bir sıra yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Görüşdə Müvəkkil BMT QAK ilə Ombudsman təsisatı arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində qurulan sıx əməkdaşlıq əlaqələrindən, bu sahədə Ombudsman təsisatının, həmçinin Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin fəaliyyətindən bəhs etmiş, qanunvericilik bazası və görülən tədbirlər haqqında geniş məlumat vermişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR