Yeni avtobus xətti açılıb

"Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyi (BNA)tərəfindən təhlillər aparılır. Qanunvericilikdə nəzərdə tutulan normativ aktların və standartların tələbləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən görülən təkmilləşdirmə işlərində vətəndaşlardan daxil olan yazılı və şifahi müraciətlər (şikayət, təklif) də nəzərə alınır. Xüsusilə şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəzi küçə və prospektləri ilə əlaqələndirilməsi, sərnişinlərin rahatlığının, təhlükəsizliyinin təmin edilməsi, bu sahədə yüksək xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi prioritet məqsəd olaraq qarşıya qoyulub". "OLAYLAR"-ın məlumatına görə,bunu mətbuata açıqlamasında BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib. Onun sözlərinə görə, sadalanan halları nəzərə alaraq, BNA tərəfindən "28 May" metrostansiyasından "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində 125 saylı marşrut xəttinin təşkil edilməsi və müvafiq qaydalara uyğun olaraq müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilib. Yeni marşrut xətti aşağıda qeyd olunan səbəblər əsasında təşkil ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR