IV Beynəlxalq multikulturalizm məktəbi Şəkidə

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyətə başladığı 3 ilə yaxın müddət ərzində çoxsaylı əhəmiyyətli layihələr gerçəkləşdirir. Bu layihələrdən biri də mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridi.

Mərkəzdən "Olaylar" - a bildirilib ki, fevralın 13-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?"adlı növbəti Beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb.

Tələbələr öncə  Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarına əklillər və gül dəstələri qoyublar, sonra Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarətdən sonra qış məktəbinin iştirakçıları Şəkiyə yola düşüblər. Burada tələbələrə "İslam həmrəyliyi bizə nə verir? Azərbaycan -tolerantlıq yurdu" mövzusunda videoçarx təqdim ediləcək.

Qeyd edək ki, 13-20 fevral 2017-ci il tarixində keçiriləcək IV Beynəlxalq Multikulturalizm qış məktəbində Azərbaycanla yanaşı, Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərində təhsil alan tələbələr iştirak edəcəklər. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR