General-leytenant Əliağa Şıxlinskiyə məxsus material

Milli Azərbaycan Tarixi Muzeyində bir çox görkəmli Azərbaycan hərbçisinin materialları qorunur və gənc nəsillərə hərb tariximizin yadigarı kimi təbliğ edilir.

Muzeydən "Olaylar" - a verilən məlumata görə,muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda Azərbaycan Cümhuriyyətinin Hərbi nazirinin müavini, "artilleriya allahı", general-leytenant Əliağa Şıxlinskiyə məxsus şəxsi əşyalar mühafizə olunur. Belə eksponatlardan biri də xüsusi zövqlə hazırlanmış yəhərüstüdü.

Qeyd edək ki, üzəri güləbətin işləməli yəhərüstü qırmızı məxmər parça və dəridən hazırlanmışdır. Eksponatın aşağı hissəsində də güləbətin sapdan saçaqlar vardır. Material bərpaya ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyasının bərpaçı - rəssamı İlhamə Rəhimova tərəfindən bərpa edilmişdir. Yəhərüstü bərpadan sonra Hədiyyələr və Xatirə Əşyaları fonduna təhvil verilmişdi.

Ə.Şıxlinski və digər Azərbaycan generallarının fəaliyyəti Azərbaycan hərb sənətinin inkişafında böyük rol oynamışdır. Onlara məxsus materialların da Muzeydə mühafizəsi və təbliği gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından çox önəmlidi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR