Buludlu hava üstünlük təşkil edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi iləəvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 8-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında yağıntılı gözlənilir. Ayrı-ayrı yerlərdəduman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR