Avtomobil vuran piyada xəstəxanada ölüb

Bakıda "QAZ-2410" markalı avtomobil yolu keçən piyadanı vurub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi "QAZ-2410" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynov orada ölüb. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR