Xüsusi fondun inciləri

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Xüsusi fondda Azərbaycan xanımlarının XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid çoxçeşidli baş bəzəkləri mühafizə olunmaqdadı. Onlardan biri də Qarabağ ustalarının bacarıqlı əllərindən çıxmış gümüş "başlıq"dı.

"Başlığ"ın alınlıq hissəsi qarasavat işləmə texnikası ilə nəfis bitki naxışlarla, arxa hissəsinin zəncirlər silsiləsi isə gümüş sikkələr və incə asma qozalarla bəzədilmişdir.

Alınlıq hissənin daxili hissəsində h. "1337" (m. 1918/1919) tarixi həkk edilib. Bu da öz növbəsində zərgərlik nümunəsinin hazırlanma tarixi dəqiqləşdirməyə əsas verir.

Muzeydə mühafizə olunan digər maddi-mədəniyyət nümunələri kimi "başlığ"ın da gələcək nəsillərə ötürülməsi üçün xüsusi diqqət ayrılmışdır. Belə ki, zərgərlik nümunəsi Bərpa laboratoriyasının bərpaçı-dizayneri V.Xüdaverdiyev tərəfindən bərpa və konservasiya olunmuşdu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR