Şeytan (lən) oğru kimi hərəkət edir

Nəql edirlər ki, keçmişdə o zaman ki, evlərdə ancaq çıraq və şam yanırdı, bir gecə bir evə oğru girir. Evə daxil olur və ev əşyalarını yığmağa başlayır.

Ev sahibi ayaq səslərinə yuxudan ayılır və ehtimal verir ki, evdə oğru vardır.
Yerindən qalxır və şamı yandırmaq istəyir. Oğru başa düşür ki, ev sahibi yuxudan ayılmışdır, gəlib onun arxasında dayanır.
Ev sahibi şamı yandırır və oğru arxadan şamı ahəstə üfürüb söndürür.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ev sahibi ikinci dəfə şamı yandırmaq istəyir. Oğru əlini ağız suyuna batırıb, şamın ipinin yaş edir. Ev sahibi də şamı yandıra bilmir və başa düşmür ki, bu şamın yanmasına kimsə mane olur.
Belə xəyal edir ki, meh şamın sönməsinə səbəb olmuşdur və artıq ayaq səsləri də kəsildiyinə görə gedib yatağına uzanır və yatır. Oğru da öz işini rahatlıqla görməyə başlayır.
Bunu hər birimiz yəqin etməliyik ki, şeytan (lən) da həmin oğru kimidir.
Əgər şeytan qəlbimizə nüfuz edibdirsə, heç kəsin ondan xəbərdar olmasına imkan vermir. Ancaq təqva əhli ondan xəbər tuta bilir.
Təqvasız insana minlərlə nəsihət versən, yenə də faydasız olar. Çünki, artıq şeytanın tələsinə düşmüşdür və şeytan onun qəlbində özünə yer etmişdir.
Ona hər nə qədər Allahın, Peyğəmbərin (s), Məsumların (ə) adını çəkirsən, yenə də təsir etmir. Çünki şeytan qoymur ki, Allahın yada salınması qəlb çırağını yandırsın. Çünki bu insanın təqvası yoxdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR