Oqtay Əsədov müvəkkil xanım Tatyana Moskalkovanı qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İnsan Hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanı qəbul edib. "Olaylar" xəbər verir ki, Sədr bildirib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlar kimi əlaqələrin daha da dərinləşməsində maraqlıdırlar. Tarixi yaxınlıq və sıx dostluq münasibətləri Azərbaycanla Rusiya arasında həyatın bütün sahələrində məsələlərin uğurlu həlli üçün möhkəm zəmin yaradır. Bu günədək ölkələrimiz arasında 200-dən çox sənəd imzalanmışdır. Azərbaycanda Rusiya kapitalı ilə 600-dən çox müəssisə səmərəli fəaliyyət göstərir. Azərbaycanlı iş adamları da Rusiya iqtisadiyyatına öz layiqli töhfələrini verməkdədirlər. 
İkitərəfli əlaqələrimizin inkişafında parlamentlərimiz əhəmiyyətli rol oynayır. Təqdirəlayiq haldır ki, Milli Məclislə Federal Şura arasında ikitərəfli Daimi parlamentlərarası komissiya fəaliyyət göstərir. Parlament rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilir. Nüfuzlu beynəlxalq qurumlarda deputatlarımızın mütəmadi görüşləri və onları maraqlandıran məsələlər ətrafında aparılan fikir mübadilələri ümumi məqsədlərə xidmət edir. Bu gün Azərbaycanda 300-dən çox məktəbdə rus dilində dərslər tədris olunur. Bakıda Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialı səmərəli fəaliyyət göstərir. Ölkədə rus dilində qəzet və jurnallar dərc olunur. Sədr qeyd edib ki, biz Azərbaycan və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkilləri arasında əməkdaşlıq haqqında Bakıda imzalanmış müqaviləni yüksək dəyərləndiririk. Səmimi qəbul üçün minnətdarlığını bildirən Rusiya Federasiyanın İnsan Hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkova ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR