Avtobusun vurduğu 1 nəgər ölüb, 2-si xəstəxanaya yerləşdirilib

Bakıda ölümlə nəticələnən yol-nəqıiyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşfiq Şıxəliyev idarə etdiyi "Daevoo" markalı 20 saylı xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR