TUMİB daha bi8r layihənin icrasını başa çatdırdı

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasını başa çatdırıb. "OLAYLAR"-ın xəbərinə görə, layihə çərçivəsində sonuncu tədbir Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində baş tutub. "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, layihənin icrası müddətində gənclər arasında sağlam həyat tərzi təbliğ edilib, zərərli vərdişlərə qarşı effektiv mübarizə aparılıb. Ç.Bayramov qeyd edib ki, gənclər sağlam həyat tərzi keçirməklə qarşılaşdıqları bütün maneələri dəf edə bilərlər. O, gəncləri sağlam həyat tərzi keçirməyə, spirtli içkilərdən və siqaretdən uzaq olmağa, davamlı mütaliə etməyə və öz üzərlərində işləməyə  çağırıb.  Layihənin eksperti Seymur Verdizadə gəncliyin tükənməz enerjiyə sahib olduğunu bildiirb. TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə gənclərin cəmiyyətin həyatında fəal rol oynadığına diqqət çəkib. S.Novruzzadə qeyd edib ki, yeniyetmə və gənclər arasında maarifləndirmə işinin aparılmasında cəmiyyətin bütün təbəqələri iştirak etməlidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR