Bakıda beynəlxalq konfrans keçirilir
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, professor Rüfət Quliyev Bosco Conference-in hər il keçirilən beynəlxalq konfransının Bakıdakı açılışını edib.
25 Oktyabr 2016 16:36 SosialMilli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, professor Rüfət Quliyev Bosco Conference-in hər il keçirilən beynəlxalq konfransının Bakıdakı açılışını edib. "OLAYLAR"-ın xəbərinə görə, konfransda Böyük Britaniya, Niderland, Isveçrə, Malayziya, Kanada, Malta, Latviya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Kipr və digər inkişaf etmiş 20 ölkənin 150-dən yuxarı nümayəndəsi iştirak edib. Millət vəkili "Müasir mərhələdə Azərbaycanın investisiya sahəsində "artımsız inkişafı" iqtisadi siyasət" mövzusunda geniş məruzə edib. Məruzədə Azərbaycan Prezidenti cənab Ilham Əliyevin həyata keçirdiyi uğurlu və dayanıqlı iqtisadi siyasət kursundan ətraflı bəhs olunub, ölkədə iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, kənd təsərrüfatının inkişafına verilən xüsusi önəm diqqət mərkəzində olub. Daha sonra azərbaycanlı nümayəndə T.Şevçenko adına Kiyev Milli Universitetinin aspirantı, tanınmış menecer-məsləhətçi Kənan Salayev çıxış edib.