QHT sədri təltif edilib

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya İnformasiya Agentliyinin (avrasiya.net) rəhbəri Cavid Şahverdiyev Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Gürcüstan Respublikasında yaşayan soydaşlarımızın dini, milli və mədəni irsinin qorunması və inkişaf etdirilməsindəki xidmətlərinə və Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyətini Azərbaycan mediasında ictimailəşdirdiyinə görə diplomla təltif olunub. Bu barədə məlumatı "OLAYLAR"-a Cavid Şahverdiyev verib.

Qeyd edək ki, C.Şahverdiyev Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Ali Mükafat - Qizil Buta, Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) və Ukrayna Gənclər Assambleyası ilə birgə təsis etdikləri "Qızıl pero", Türk Xalqlarının Mədəniyyəti Vəqfi tərəfindən diplomlarla da təltif edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR