Döymə maddəsi Cinayət Məcəlləsindən çıxarıldı
2 Noyabr 2012 17:58 SosialCinayət Məcəlləsindən döymə maddəsi (132-ci maddə) çıxarılıb. Milli Məclisin noyabrın 2-də keçirilən iclasında bununla bağlı qanun layihəsi müzakirə edilib. Hüquq siyasəti və dövlət quruculuğu daimi komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik döymək faktının Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsindən çıxarılmasını nəzərdə tutur. Çünki qanunvericilikdə edilən dəyişikliyə əsasən artıq döymə cinayət deyil, inzibati məsuliyyət daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31