Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə baxış keçiriblər

Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu günlərdə Ombudsman Aparatının əməkdaşları Şirvan şəhərində və Səngəçal qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissələrinə baxış keçirib və şəxsi heyətlə hüquqi maarifləndirmə işi aparıblar.

Hərbi hissələrin bütün obyektlərinə, o cümlədən, yataqxanalara, yeməkxanalara, ərzaq anbarlarına, tibb məntəqələrinə və digər sosial obyektlərə baxış keçirilib, hərbi qulluqçuların sosial problemləri və məişət şəraiti öyrənilib. Eyni zamanda Səngəçal qəsəbəsindəki hərbi şəhərcikdə yerləşən və ailəli hərbi qulluqçuların istifadəsinə verilmiş 40 mənzildən ibarət yaşayış binasına da baxış keçirilib. Hərbi qulluqçulara yaradılmış şərait, qida və müalicə işinin keyfiyyəti, həmçinin şəxsi heyətlə aparılan hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlər müsbət qiymətləndirilib. Hərbi qulluqçularla görüşlərdə son günlərdə erməni işğalçıları tərəfindən qoşunların təmas xəttində törədilmiş silahlı təxribatların və mülki əhaliyə yönəlmiş hücumların qarşısının alınması, silahlı qüvvələrimizin əks hücumla cəbhə xətti boyu bir sıra hərbi strateji əhəmiyyətli yüksəklikləri geri qaytarması, hərbi qulluqçularımızın göstərdikləri qəhrəmanlıq və igidliklər şəxsi heyətə bildirilmiş, döyüşlərdə şücaət göstərərək həlak olmuş şəhidlərimiz böyük ehtiramla yad edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

DİGƏR XƏBƏRLƏR