İzmirdə Xocalı abidəsinin açılışı olacaq

Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının qurbanlarına həsr edilən abidənin açılış mərasimi keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu verib. Bildirib ki, abidənin açılış mərasimi fevral ayının 27-də baş tutacaq: "Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə İzmirin Bornovo Bələdiyyəsinin maliyyə dəstəyi və tanınmış QHT fəalı Mülazim Kardelen Paşanın köməkliyi ilə hazırlanıb". Şamil Sabiroğlu bildirib ki, açılış mərasimində Azərbaycan və Türkiyədən olan qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai-siyasi fəalllar iştirak edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR