Psixoloqdan ŞOK proqnoz: “İntiharlar arta bilər”

"Bu cür durumlara münasibət hər bir insanın öz xarakterindən asılıdır. Elə adam var ki, belə məsələlərə çox həssas yanaşır. Kredit borclarını qaytara bilməyən bəzi insanlar onsuz da intihar edirdilər. Manatın dollara nisbətən bugünkü kəskin ucuzlaşmasından sonra borclarını qaytara bilməyən adamlar arasında intiharlar çoxala bilər".

Bunu Modern.az saytına açıqlamasında psixoloq Dəyanət Rzayev ölkədə bu gün dolların 50 faiz bahalaşmasının, devalvasiyanın insanların psixologiyasına vura biləcəyi təsirdən danışarkən qeyd edib. Onun sözlərinə görə, bəzi ölkələrdə devalvasiyadan əvvəl insanları buna hazırlamaq lazımdır:

"Başqa ölkələrdə devalvasiya baş verməzdən qabaq insanları buna hazırlayırlar. Ola bilsin ki, bizdə də insanların bəziləri bunu gözləyirdi və qərara hazır idilər. Amma kimin dollarla xeyli miqdarda borcu varsa, bu, təbii ki, onun psixologiyasına təsir edəcək".

Psixoloq əlavə edib ki, böhrandan çıxmaq üçün ölkəyə ən çox lazım olan insan resursudur. Çünki Almaniya, Hollandiya kimi Avropa ölkələri zaman-zaman insan resurslarının hesabına böhrandan çıxıb:

"Hər bir ölkə üçün bu şəraitdə lazımı insan resurslarının olması çox vacibdir. Almaniyanın təbii sərvətləri bizdən azdır. Amma onların yaradıcı insan potensialı BMV, "Mercedes" kimi markalarını yaradıb xarici bazara çıxardı. Bizdə isə təəssüf ki, bu çatışmır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR