Politoloq: “Radikal-ekstremist qüvvələr zərərsizləşdirilməlidir” AÇIQLAMA

"Müxalifət düşərgəsinin bəzi görkəmli nümayəndələri Nardaranda terrorçuların zərərsizləşdirilməsi əməliyyatına əcaib şərh verməyə başlayıblar. Onlar iddia edirlər ki, əməliyyat qəsdən təşkil olunub və qarşı tərəf şərlənib. Amma ortalıqda fakt, iki polisin və 4 nəfər silahlının ölümü ilə nəticələnən qarşıdurma var. Qərəzli müxalifətin dediyindən belə çıxır ki, polislər kəndə hücum edərək iki nəfər öz yoldaşlarını və 4 nəfər kənd sakinini güllələyiblər. Sonra da oraya silah atıblar ki, guya qarşı tərəf müqavimət göstərib. Özünüz öz dediyinizə heç inanırsınız? Ortalıqda atışma və 2 nəfər polisin ölümü ilə nəticələnən silahlı qarşıdurma var. O silahlar terrorçuların əlinə haradan keçib". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.O, polisin apardığı əməliyyatı qeyri-peşəkar hesab edənlərə isə deyib ki, bunları normal qaydada məsuliyyətə cəlb edib həbs edəndə də bəzi müxalif qüvvələr dərhal Avropa Şurasına şikayət edirlər ki, guya Taleh Bağırzadənin və digərlərinin hüquqları tapdandı: "Hesab edirəm ki, terrorçuların məhv edilməsi və həbsi əməliyyatı bunların kimliyini ictimaiyyətə göstərmək üçün vacib idi. Dövlətin milli təhlükəsizlik məsələlərində hər birimiz hakimiyyətin tərəfində olmalıyıq. Xarici ölkələrin kəşfiyyatının təsiri altında fəaliyyət göstərən radikal-ekstremist qüvvələr qəti tədbirlərlə zərərsizləşdirilməlidir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR