FAİREX Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv seçilib

23 oktyabr 2015-ci il tarixində Koreyanın Seul şəhərində 30 ölkənin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə keçirilən Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) Baş Assambleyasında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) bu mötəbər təşkilatda Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv kimi tanınması məsələsi müzakirə olunub. Assambleyada iştirak edən bütün səsvermə hüququna malik ölkələrin yekdil səsi ilə FAİREX Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv seçilib (yarım səs əleyhinə olmaqla).
Qeyd edək ki, Beynəlxalq Dağçılıq Federasiyasının Prezidenti cənab Frits Virjland Assambleyadakı çıxışında Azərbaycanda dağçılıq idman növlərinin inkişafında və kütləvi hal almasında FAİREX-in xüsusi rolu olduğunu vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR