Alman vətəndaş ürək əməliyyatını azərbaycanlı həkimə etibar etdi

Bu ayın əvvəlində Almaniya vətəndaşı, 1969-cu il təvəllüdlü Holger Zimmermann Mərkəzi Klinik Xəstəxanaya sinədə göynədici, sıxıcı ağrı şikayətləri ilə müraciət edib. Tibb ocağından "OLAYLAR"-a bildirilib ki, xəstə qəbul olunaraq ilkin müayinələr aparılıb, klinik şikayətləri nisbi stabilləşdirildikdən sonra spesifik olaraq kardioloji müayinələr məsləhət görülüb. Kardioloqlar tərəfindən ürəyin tac damarlarının angioqrafiyası müayinəsi olunarkən ciddi darlıqlar aşkarlanıb. Xəstəyə aparılan klinik, laborator və instrumental  müayinələr nəticəsində "Kəskin miokard infarktı, Şəkərli diabet II tip" diaqnozu qoyularaq açıq ürək əməliyyatı - "Aorta-koronar şuntlama" cərrahiyyə əməliyyatı məsləhət görülüb. Ürək-damar cərrahı, Mərkəzi Klinikanın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən 4 damar "Aorta-koronar şuntlama" cərrahiyyə əməliyyatı icra edilib. Cərrahi əməliyyat uğurla başa çatıb. Ürək-damar cərrahiyyəsi intensiv terapiya şöbəsindəki 2 günlük müalicədən sonra xəstə kafi vəziyyətdə stasionar şöbəyə-palataya köçürülüb. Stasionar şöbədəki gedişatı da tamamilə aparılmış əməliyyata uyğun olub. Xəstənin bütün şikayətləri tamamilə aradan qalxıb. Artıq evə yazılan xəstə özünü çox yaxşı hiss edir və azərbaycanlı həkimlərə onun həyatını qurtardıqları üçün minnətdarlığını bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

DİGƏR XƏBƏRLƏR