Sayt rəhbəri PKK-çılar tərəfindən hədələndi

Azərbaycanda fəaliyyət göstərən Avrasiya.net  saytının rəhbəri Cavid Şahverdiyev PKK-çılar tərəfindən təhdid olunub. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumartı sayt rəhbəri öz facebook profilində qeyd edib. Bildirib ki,  son iki gündə Türkiyə tərəfindən öldürülən PKK-çıların meyitlərinin fotolarını paylaşdığı və Avrasiya.net saytında "Qırmızı Kürdüstan"la bağlı verilən yazılara görə hədələnib: "Qarsdan olan Ergün Baran adlı biri məni ölümlə hədələyib, təhqirlər edib. Yerimi tapıb mənə cavab verəcəyini yazıb. Saytın email ünvanına isə zebad@mail.ru-dan yazı daxil olub. Təhqirlərlə başlayan yazıda qeyd edilir ki, "Biz "Qırmızı Kürdüstan"ı mütləq bərpa edəcəyik. Sənə məsləhət görürüəm ki, kürd millətini qaralama, təhqir etmə".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR