FAİREX-in idmançıları Beynəlxalq Ekstremal İdman Növləri Festivalında iştirak edəcəklər

20-25 iyul 2015-ci il tarixlərində Türkiyənin Ərzincan bölgəsinin Kəmaliyyə ərazisində 37-ci Kəmaliyyə Beynəlxalq Ekstremal İdman Növləri Festivalı keçiriləcək. Festivalda iştirak etmək məqsədilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) yeddi nəfərdən ibarət komandası Türkiyə Dağçılıq Federasiyasının dəvəti ilə Türkiyəyə yola düşüb. Müxtəlif ölkələrin qatılacağı Festivalda idmançılar təbii qayalarda müxtəlif idman dırmanması növləri ilə yanaşı hava idman növləri üzrə də öz bacarıqlarını nümayiş etdirəcəklər. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının xətti ilə çoxsaylı beynəlxalq idman tədbirlərində iştirak edən Milli Komandamız artıq öz bacarıqları ilə mütəmadi olaraq Azərbaycanın adını və bayrağını zirvələrə yüksəltməkdədirlər.
İdmançılarımıza uğurlar arzu edirik.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR