Gülzar nənənin sehrli dünyası

Mayın 22-də Suraxanı rayonu Mərkəzi Kitabxana Sisteminin 1 saylı filialı Əmircan qəsəbə M.Əzizbəyov adına Mədəniyyət evində uşaqların sevimli yazıçısı Gülzar İbrahimovanın iştirakı ilə "Gülzar nənənin sehrli dünyası" adlı tədbir keçirilib.    "Kiçik Dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi 200 nəfərdən çox uşaq iştirak edən tədbirdə bütün iştirakçılara "Sehrli Dünya" uşaq jurnalı hədiyyə edib. Tədbirdə 87, 114, 97, 154 saylı məktəb şagirdlərinin ifasında Gülzar nənənin nağıllarından səhnəciklər göstərilib, müəllifin yeni şeirləri səsləndirilib. Uşaqların ifasında milli və xarici rəqslər ifa olunub. Şən tapmacalar viktorinası keçirilib. Gülzar İbrahimova uşaqlara yaradıcılığının yeniliklərindən danışıb. Onlara yay mövsümünə hədiyyə olaraq yeni diskli "Nağıllar" kitabının çapdan çıxaracağını söz verib. Tədbirin sonunda Əmircan bələdiyyə sədrinin müavini, tarixçi Fəridə xanım Bünyadova və Suraxanı rayonu MKS-nin 1 saylı filialının rəhbəri Dilguşə xanım Babayeva çıxış edərək, Gülzar xanıma təşəkkür bildirib, yazıçı və şairə xanıma yaradıcılıq uğurları diləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31