Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinə başçəkmə həyata keçirilib

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin ixtisaslaşdırılan müalicə müəssisəsinə (vərəmli məhkumlar üçün) başçəkmə həyata keçiriblər. Qurumdan "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, MPQ-nin üzvləri müəssisənin stasionar və ambulator şöbələrinə, təcridxanaya baxış keçirmiş, burada saxlanılan bir çox məhkumla görüşüb, saxlanılma şəraitini araşdırıblar. Həmin şəxslərdən şikayət daxil olmayıb.

Məhkumların müalicəsi üçün müəssisə ən müasir avadanlıqla təmin edilib ki, nəticədə sağalma faizi xeyli yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31