Avropa Parlamentində təcrübə keçən azərbaycanlı tələbələr Parlamentin keçmiş prezidenti ilə görüşmüşlər

Daha öncə məlumat verildiyi kimi cari ilin may ayından etibarən "Partnyor Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondu"nun dəstəyi ilə müxtəlif Avropa universitetlərində təhsil almaqda olan dörd azərbaycanlı tələbə Avropa Parlamentində təcrübə proqramında iştirak edir. 7 may tarixində tələbələr Parlamentin keçmiş prezidenti cənab Jerzy Buzek ilə görüşmüşlər. Görüş zamanı cənab Jerzy Buzek tələbələrin təcrübə proqramı ilə tanış olmuş, Avropa təcrübəsinin öyrənilməsi üçün bu növ layihələrin əhəmiyyətini vurğulamış və tələbələrə təcrübə proqramında müvəffəqiyyətlər arzulamışdır. Qeyd edək ki, cənab Jerzy Buzek 1980-ci illərdə Polşada demokratik anti-kommunist hərəkatın üzvü olmuş, 1997-ci ildə baş nazir vəzifəsinə yüksəlmiş, 2009-2012-ci illərdə isə Avropa Parlamentinə rəhbərlik etmişdir. Hal-hazırda Parlamentdə millət vəkili qismində Polşa Respublikasını təmsil edir.

Avropa Parlamentində təcrübə keçən azərbaycanlı tələbələr daha sonra Parlamentin işində iştirak etmiş, müxtəlif mövzuları əhatə edən konfrans və görüşlərə qatılmışlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR