Prezident İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyası öz nəticəsini verməkdədir

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edir. Məhz bu amilləri nəzərə alan prezident İlham Əliyevin yürtdüyü xarici siyasətdə ön yerlərdən birini beynəlxalq təşkilatlarla münasibətlərin ən yüksək səviyyəyə çatdırılması tutur. Dövlət başçısının müəyyən etdiyi hücum diplomatiyası siyasəti elə ilk anlardan əldə edilən müsbət nəticələri ilə bu siyasətin dürüstlüyünü təsdiq etmiş oldu. Etiraf edilməlidir ki, dövlət başçısının Azərbaycan diplomatiyası qarşısında qoyduğu tələblər o hələ AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən ilk nəticələrini verərək, AŞPA Azərbaycanın ərzi bütövlüyü ilə bağlı prinsipial qərarlar qəbul etmişdi. Prezident İlham Əliyev özünün məntiqi çıxışları, konkret təklifləri ilə bu nüfuzlu beynəlxalq təşkilatda tez bir zamanda diqqəti cəlb etmiş və Azərbaycanın nüfuzunu daha da qaldırmışdı. O, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ilk dəfə bu qurumun kürsüsündən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və daha 7 rayonunun işğal olunduğunu, işğal edilmiş ərazilərin terrorizm və narkotik maddələrin tranzitinə çevrildiyini bəyan etmişdi. Avropa Şurasının sənədlərində Ermənistan təcavüzkar dövlət kimi tanınmış, işğalçı qoşunların dərhal  Azərbaycan torpaqlarından çıxarılması tələb edilmişdi. Söylənilən bu faktlar AŞ PA-nın sənədlərində öz əksini tapmışdı. Belə ki, prezident İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞ PA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan nümayəndə heyətinin, xüsusilə, nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi. Bütün bunların məntiqi davamı kimi 2003-ci il yanvarın 27-də siyasi qabiliyyəti, diplomatik məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazmış oldu.

Sonradan digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələrdə də Azərbaycanın haqlı tələbi nəzərə alınaraq postsovet ölkələrindəki münaqişələrlə bağlı vahid yanaşma formalaşmağa başlandı. Belə ki, 2017-ci ilin noyabrın 24-də Avropa İttifaqının sammitində yekun bəyannamədə "Şərq Tərəfdaşlığı" ölkələrinə dair hissəsində "Şərq Tərəfdaşlığı" üzv ölkələrinin ərazisindəki münaqişələrin dövlətlərin ərazi bütövlüyü və dövlət suverenliyi əsasında həllinə çağırış müddəası öz əksini tapdı.  Lakin uzun müddət ATƏT PA bir istisna təşkil edirdi. ATƏT PA-nın son qətnaməsi bu kontekstdə, cənab Prezidentin hücum diplomatiyası siyasətinin növbəti uğurudur. Məlumat üçün qeyd edək ki, ATƏT PA-nın Lüksemburqda keçirilən "Davamlı inkişaf məqsədlərində parlamentlərin rolu"na həsr olunmuş sessiyasında Azərbaycanın maraqlarına cavab verən qərar qəbul edilir. Belə ki, ATƏT PA-nın yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü barədə məsələlərin yer almasına nail olunub. Ölkəmizin  maraqlarını ifadə edən bir çox məsələ həm məruzədə, həm də məruzə əsasında hazırlanan Bəyannamədə əksini tapıb. Yekun Bəyannamənin ikinci maddəsində qeyd edilib ki, ATƏT PA və üzv ölkələr ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqa vicdanla riayət olunmasına çalışmalıdır. 10-cu maddədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülhün təmin olunması üçün ATƏT-in Minsk Qrupu davamlı səylər göstərməyə çağırılır. 25-ci maddədə isə daxili məcburi köçkün və qaçqınlara öz yaşadıqları yerlərə maneəsiz qayıtmağa çağırış yer alıb. Bəyannəmənin 22-ci maddədə ilk dəfə Gürcüstan, Moldova, Ukrayna və Azərbaycandakı münaqişələrə eyni prizmadan yanaşılması əksini tapıb. Yeri gəlmişəkən qeyd edək ki, indiyə qədər qəbul edilən sənədlərdə Dağlıq Qarabağ münaqişəsi ayrıca qeyd edilirdi. Qurumun hazırladığı məruzədə isə hətta işğal altındakı 7 rayonun da adı sadalanır.ATƏT PA razılaşdırılmış format daxilində 4 ölkədəki münaqişələrdə sülh əldə etmək istəyi qurumun  vahid mövqeyinin göstəricisi kimi qəbul edilməlidir.  Çünki, sənəd ATƏT Nazirlər Şurasına təqdim olunduğundan  budan sonra məsələnin müzakirəsi zamanı ATƏT-in bu sənədinə istinad etmək  məcburiyyəti yaradır. Həmçinin sənəddə Dağlıq Qarabağ sözünün olmaması, münaqişə ölkələrinin adının, Azərbaycanın adının göstərilməsi vacib məqamdır.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR