QHT sədri Türkiyədə bir sıra görüşlər keçirib

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Türkiyədə işgüzar səfərdədir. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki,  İSBAM sədri İstanbul və Antalya şəhərlərində siyasi partiyalar, QHT-lər və Azərbaycan Diasporunun təmsilçilərilə görüşlər keçirir. Bu gün Samir Adıgözəlli Milliyətçi Hərəkat Partiyası Antalya təşkilatının sədri Mustafa Aksoyla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələri, Türk dünyasını əhatə edən mövzular, Türkiyədəki ictimai-siyasi proseslərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR