İranın Bakıdakı səfirliyi qarşısında piket keçirilib

İyulun 10-u Milliyyətçi Gənclər Təşkilatının üzvləri İranın Bakıdakı səfirliyinin binası qarşısında piket keçiriblər.

"Turan"ın məlumatına görə, piketçilər İranda azərbaycanlı fəalların, o cümlədən Abbas Lisaninin həbs olunmasına, repressiyalara məruz qalmasına etiraz bildiriblər.

Aksiyada "Soydaşlarımıza azadlıq!", "Cənubi Azərbaycan İran deyil!", "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!" və digər şüarlar səsləndirilib.

Piketin qətnaməsində deyilir ki, son vaxtlar İran hökuməti Güney Azərbaycan türklərinin mili-mədəni hüquqlarını müdafiə edən şəxslərə qarşı təzyiqləri artırıb. Milli fəallar Abbas Lisani 8, Kazım Səfabəxş 13 il müddətinə azadlıqdan məhrum edilib. Siyamək Mirayinin 3 illik həbs cəzası başa çatsa da o, azadlığa buraxılmayıb.

Qətnamədə həmçinin Həmid Allahverdinin 7 ay, Səhənd Məalinin 10 ay müddətinə həbs edildiyi, "Yol-press" media orqanının, "Açıq yol" dərgisinin bağlandığı qeyd olunur.

Səfirlikdən heç kim etirazçıların qarşısına çıxmayıb və qətnaməni qəbul etməyib.

https://www.facebook.com/Azad.Soz.Az/videos/351489902190931/

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR