Müasirləşmə və inkişaf üçün yaradılan təməl -TƏHLİL

 Heydər Əliyevin atdığı hər addım Azərbaycanın gələcəyinə hesablanmışdı

Birmənalı şəkildə qeyd etmək olar ki, ötən  XX əsrin düz 30 ili Azərbaycan tarixi üçün Heydər Əliyev dövrü olub. Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi  hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki  misilsiz xidmətləri ilə  hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir. Ulu öndər birinci dəfə hakimiyyətə gələndə -  60-cı illərin axırlarında  Azərbaycan iqtisadi  və mədəni tənəzzül   dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın  I katibi seçildi. Azərbaycan haqqında nəinki  keçmiş ittifaqda, həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşdı: Bura təkcə "Neft Bakısı deyil", öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkədir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri  yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək taleyi baxımından  başlıca məzmunu azərbaycançılıqdır. Heydər  Əliyev o dövrdə mövcud olan ideologiyanın qalibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə alt qatda ona müxalif qalaraq Azərbaycanda milli ruhun  tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə onu yüksəltmək  yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur.

1969-cu ildə Azərbaycan KP MK-nın I katibi Vəli Axundovun istefaya göndərilməsi qərara alınır. Onun yerinə qoyulacaq şəxsi Sov. KP MK-nın I katibi Brejnev özü həll etməli idi. 1967-ci ilədək Bakıda  DTK-nın sədri işləmiş, Brejnevin yaxın dost Seymon Sviqun Heydər Əliyevi çox yaxşı tanıyırdı. Məhz Sviqun Heydər Əliyevin Azərbaycanda partiya işinə irəli çəkilməsini məsləhət görür və Andropov da bu fikri müdafiə edir. Baxmayaraq ki, Heydər Əliyevi millətçiliklə mübarizə üçün etibarlı şəxs bilərək bu vəzifəyə seçirlər. Amma Heydər Əliyev qəlbində həmişə azərbaycanlı olaraq qalır. Odur ki, o, millətçiliklə mübarizə üçün göndərilsə də, tezliklə bu kompaniyanı korrupsiyaya qarşı mübarizəyə çevirə bildi. 1969-cu il iyulun 14-də Azərbaycan tarixinin "Əliyev  dövrü " başlandı. O dövrün ki,  sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri  və çatışmazlıqları ilə bərabər respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla,ən başlıcası isə xalqın mənəvi intibah, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu. Heydər Əliyev I katib seçildikdən dərhal sonra ciddi işə başladı. 1969-cu il 5 avqust plenmuna nəzər salaq. Bu plenmun  gündəliyi V.İ. Leninin anadan olmasının 100 illiyinə hazırlığın gedişi barədə idi. Lakin Heydər Əlyevin məruzəsi keçmiş  SSRİ-nin tarixində gözlənilməz bir hadisəyə çevrildi. Dövrün tələbinə uyğun ütülü sözlərin, yalançı təriflərin, şişirdilmiş uğurların əksinə olaraq  Azərbaycan KP MK-nın avqust plenumundakı məruzəsində Heydər Əliyev uğurlardan daha çox respublikanın partiya və sovet orqanlarındakı ciddi çatışmazlıqlardan söhbət açır. O, respublikadakı neqativ hallardan danışır, kadr siyasətindəki nöqsanları, iqtisadiyyatdakı çatışmazlıqları qeyd edir, bu halların aradan qaldırılması üçün planlardan söz açır, nöqsanları, iqtisadiyyatdakı çatışmazlıqları qeyd edir, bu halların aradan qaldırılması üçün planlardan söz açır. Bu çıxış hamını vahiməyə salır, hətta respublikanın hüdudlarından kənarda da əsl sensasiyaya çevrilir. Həmin vaxtadək belə açıq tənqid eşidilməmişdi. Və bu çıxışdan sonra çoxları inanmağa başladı ki, respublikanın geriliyi qısa müddətdə aradan qldırılacaq və respublika irəli gedəcək. Və həqiqətən də belə oldu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın çiçəklənmə dövrü başlandı. O zamanlar Heydər  rəhbər seçiləndə ictimaiyyət  bu dəyişikliyə o qədər də əhəmiyyət vermədi, bu addımı kommunist rejimində növbəti əhəmiyyətsiz  dəyişiklik adlandırdı. Amma az keçmiş həmin rəy  dəyişdi : "Kommunust ölkəsində görünməyən bir hadisə. Azərbaycanda Kommunist Partiyasının lideri H.Əliyev rüşvətxorluqla mübarizə aparır. Kommunist lideri  kommunizm ideologiyasına qarşı çıxır". Zaman göstərdi ki, Heydər Əliyev bütün addımlarında gələcəyi hesablayan, millətin mənafeyini bütün səlahiyyətlərdən üstün tutan fenomen şəxsiyyətdir. Azərbaycanda bu müddətdə yüngül sənaye (tikinti, cihaz və neft maşınqayırma sənayesi) inkişaf etdi. O dövrlərdə bütün yaşayış məntəqəsində - şəhələrdə, qəsəbə və kəndlərdə  əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Bütün yaşayış məntəqələrinə elektrik enerjisi verildi, qaz kəməri, telefon çəkildi. Ümumiyyətlə ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı.  Artıq Azərbaycan Sovet İmperiyası çərçivəsində öz infrastrukturuna görə digərlərini qabaqlayırdı. Amma bu hələ son deyidi. Heydər Əliyev  Azərbaycan iqtisadiyyatını ittifaq asılılığından xilas etdi. Ümummilli lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu. O, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolunu müəyyən edirdi. (Bu baxımdan, Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, özünəqayıdışın başlanğıcı hesab olunur). Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi. İstər Gəncə, Əlibayramlı (Şirvan), Mingəçevir, Lənkəran, Salyan, Sumqayıtda, istərsə də ölkənin digər rayonlarında tikilən yeni zavodlar iqtisadiyyatın paytaxt asılılığından çıxmasına şərait yaradırdı. 1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə  yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə o, ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdi. Onların yeni binalar və avadanlıqlarla təchiz olunmasını təmin etdi. Ümumilikdə 1969-1982-ci illərdə Azərbaycanda ən qabqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, bütöv birt alimlər dəstəsinin yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və s. nailiyyətləri göstərmək olar ki, həmin illərdə Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi ola bilək. Bütün bunlar Heydər Əlyevin  milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir. Beləliklə, Heydər Əliyev uzaqgörən siyasəti ilə gələcək müstəqil Azərbaycanın inkişafının təməlini qoydu.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR