UNESCO ilə əməkdaşlıq iqtisadiyyatımızı gücləndirəcək

"Şəki xan sarayının UNESCO tərəfindən tarixi mədəni abidə kimi qəbul edilməsi Azərbaycan iqtisadiyyatının gələcəyi naminə daha yaxşı bir hadisə oldu. Bu addımdan sonra Qarabağın tarixi abidələrinin UNESCO tərəfindən qəbul edilməsi gözlənilə bilər".

Bu fikirləri Olaylar.az-a Səbail YAP Gənclər Birliyinin sədr müavini Fuad Heydər deyib.

O bildirib ki, hər şey Şəki xan sarayından başlayır və bura gələn turistlər məhz araşdıraraq Dağlıq Qarabağın bizə məxsus olduğunu daha yaxından biləcəklər: "Bununla yanaşı xarici turistlərin Bakıya gəlişi və xan sarayı ilə tanışlıq etməsi həm Azərbaycanı dünya arenasında güclü tanıdacaq, həm də Azərbaycan iqtisadiyyatı güclü inkişaf edəcək. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Artıq ümidimiz daha da artır ki, Qarabağı xarici ölkələr, Azərbaycanın əzəli torpağı kimi tanıyacaqdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR