Bu gün 26 iyun, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101-ci il dönümüdür

Bu gün 26 iyun, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101-ci il dönümüdür. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının tarixi Heydər Əlirza oğlu Əliyevlə bağlıdır. Onun gəlişi ilə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı, peşəkar hərbiçilər yetişdirildi. "Güclü dövlətin güclü ordusu olmalıdır" məsələsini çox rahatlıqla Azərbaycana aid etmək olar, çünki Azərbaycan ordusu gücünə görə dünya orduları sırasında 52-ci yerdədir. Azərbaycan ordusunun təməlini Ulu Öndər Heydər Əliyev qoymuşdur. Məhz həmin zamanlarda Azərbaycanda idarəetmə sistemi dağılmış, orduda fərarilik hökm sürmuşdür. Amma Heydər Əliyev həmin gəncləri əfv etdi və ordunun bir mərkəzdən idarə edilməsi üçün Müdafiə nazirliyi yaratdı. Beləliklə, Heydər Əliyevin qoyduğu güclü ordu siyasətinin cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində, ordumuz Aprel döyüşlərində nəyə qadir olduğunu göstərdi.
Cənab prezident bildirib ki , "Biz ordumuzun bir hissəsini istifadə edib gücümüzü göstərdik və əgər hamısını istifadə etsəydik, Ermənistanda daş üstündə daş qalmazdı."
Zamanını gözləyən, Azərbaycanın qürur yeri Silahlı Qüvvələrimiz -101 yaşın mübarək!

YAP Səbail Gənclər Birliyinin sədr müavini Fuad Heydər

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR