Türkiyə S-400-ləri niyə aldı? – Kuznetsov hər şeyi açıqladı

Bu məsələyə iki nöqteyi-nəzərdən baxmaq lazımdır. Birincisi, ABŞ və Türkiyə arasında münaqişə bu gün və ya dünən başlamayıb. Bu iki ölkə arasında münaqişə Türkiyənin indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir olanda başlamışdı. Məhz o vaxtdan iki NATO müttəfiqi arasında münasibətlərin pisləşməsi baş verdi.

Bu sözləri Axar.az-a video-müsahibəsində tanınmış rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov deyib.

"Heç kimə sirr deyil ki, Türkiyədə dövlət çevrilişinə cəhd NATO-nin İncirlikdəki bazasından koordinasiya olunurdu. Hətta Rusiya-Türkiyə münasibətlərinin pisləşməsinə gətirib çıxaran rus təyyarəsinin vurulması əmri də həmin bazadan verilmişdi. Bu da Ərdoğana qarşı dövlət çevrilişinə hazırlıq planlarına daxil olan elementlərdən biri idi. Ərdoğan da bunu gözəl bilirdi. Məhz bu gün İncirlik bazasına hələ də elektrik enerjisi verilmir, bazaya giriş Türkiyə ordusu tərəfindən bağlanıb. S-400 raketlərinin tədarükü ilə bağlı müqavilə imzalanandan sonra bəlli oldu ki, Türkiyə NATO-nun tamhüquqlu strukturuna inteqrasiya olmayacaq".

Daha ətraflı video-süjetdə...


  •  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR