"Sosialyönümlü sənədlər vətəndaş rifahının yüksəldilməsinə xidmət edir" RƏY

"Prezident İlham Əliyev tərəfindən imzalanan sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi, ölkənin mövqeyinin daha da gücləndirilməsi məqsədinə xidmət edir". Bu fikirləri  Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.

O bildirib ki, iyunun 18-də Azərbaycan Prezidenti tərəfindən bu istiqamətdə imzalanan 17 sənəd ölkəmizdə həyata keçirilən siyasətin vətəndaşlarımızın sosial müdafiəsinin daha da yüksəldilməsinin prioritet istiqamət olduğunu sübut edir.

Deputat söyləyib ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında son sərəncamları ölkədə həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsidir.

G. Baxşəliiyeva qeyd edib ki, bu addım xeyli sayda insanın sosial rifahının yaxşılaşmasına xidmət etməklə yanaşı, ümumilikdə dövlət və özəl sektorda çalışanların gələcək sosial təminatlarına da müsbət təsir edəcək. Çünki artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya daha da artır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR