Bakıda Ümümdünya İrs Gənc Peşəkarlar Forumu start götürüb

İyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Ümümdünya İrs Gənc Peşəkarlar Forumunun açılış mərasimi keçirilib. Mərasimi açılış nitqi ilə YUNESKO-nun Dünya İrs Komitəsinin Bakıda təşkil olunacaq 43-cü sessiyasının keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev açıb. O, Forum iştirakçılarını salamlayaraq onlara Forumun işində uğurlar arzu edib. Mədəniyyət naziri Əbülfəz Qarayev qeyd edib ki, artıq YUNESKO-nun Dünya İrs Komitəsi sessiyası çərçivəsində ilk tədbirə start verilib. Bu tədbir gənc nəslin dünya mədəni irsin qorunmasına cəlb edilməsinə həsr olunub: "YUNESKO ilə Azərbaycan hökuməti bir layihə çərçivəsində dünyanın 800 namizədindən cəmi 30 nəfər seçiərək prosesə cəlb edib. Bir həftə ərzində həmin nümayəndələr Azərbaycanın təcrübəsnin öyrənəcək,  qarşılıqlı fikir mübadiləsi aparılacaq, Azərbaycanın görkəmli yerlərinə ziyarət edərək tarixi abidələrin saxlanma və qorunması sistemi ilə tanış olacaqlar. Ən əsası  odur ki,  YUNESCO-nun Dünya İrs Komotəsinin sessiyası zamanı açılşdan sonra onlar öz hesabatlarını təqdim edəcəklər. Ona görə bu tədbirə çox əhəmiyyət veririk ki, beynəlxalq ictimaiyətin göz ilə Azərbaycanda gedən proseslərə qiymət veriləcək. Tam əminəm ki, ölkəmizdə tarixi abidələrin qorunması sahəsində işlər barədə gözəl rəy veriləcək və gənclərimizin bu prosesə daha cəsarətlə cəlb olunmasına geniş imkanlar açacaq".

Forumda həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülkçöhrə Məmmədova bildirib ki, Bakıda YUNESCO-nun Dünya İrs Komotəsinin sessiyası keçiriləcək: "Bu sessiya ölkəmiz üçün çox əhəmiyyətlidir. Sessiya sərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində Gənc Peşəkarlar Foprumu təşkil olunub. İyunun 24-dən iyulun 2-ə dək baş tutacaq  Forumun proqramı olduqca zəngindir. Düşünürəm ki, Form çox maraqlı olacaq. Ona görə ki, müxtəlif ölkələrdən gəlmiş gənc nümayəndələr mədəni irsin qorunması, onun təbliği və idarə olunması ilə bağlı öz fikirlərini söyləyəcəklər. Eyni zamanda, bizim də imkanıçız olacaq ki, mədəni irsimizi təqdim edək. Məlum olduğu kimi Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi nəticəsində bizim mədəniyyət irsimizlə bağlı çox böyük təhlükələr yaranıb. Həmin təhlükələr barədə dünyanın 30 ölkəsinin nümayəndəsinə məlumat vermək imkanımız olacaq. Bu Forumun bizim universitetdə keçirilməsi tələbələrimiz üçün də əhəmiyyətli olacaq. Məlum olduğu kimi   YUNESKO-nin mədəni irs siyahısına Azərbaycanın memarlıq irsinə aid çoxlu nümunələr daxil edilib. Lakin hələ də elə memarlıq irs nümunələrimiz var ki, onların da  sözügedən siyahəha salınmasına ehtiyac duyulur". Ardınca Dünya İrs Mərkəzinin direktoru, Dr. Meştild Roslerin iştirakçılara videomüraciəti olunub.

Xatırladaq ki, Dünya İrs Komitəsinin bu ilin 30 iyun - 10 iyul tarixlərində Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində Azərbaycan daha bir beynəlxalq foruma ev sahibliyi edir. Belə ki, dünyanın 30 ölkəsindən açıq müsabiqə yolu ilə seçilmiş 30 gənc irs mütəxəssisi bu Forumda iştirak edir. Bu ilki Forum 24 iyun - 02 iyul tarixində baş tutacaq, mövzusu "Ümümdünya İrsi: Qlobal Çağırışlar üçün Yerli İdeyalar" olacaqdır. Forumun ümumi məqsədi 21-ci əsrdə dünyada irsin idarəedilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır. Forumun proqramı rəngarəngliyi ilə seçilir. Belə ki, tədbirin ilk 4 günü fərqli məkanlarda baş tutacaq: Memarlıq və İnşaat Universiteti, İçərişəhər Administrasiyası, Qobustan qoruğu və tarixi Qəbələ-İsmayıllı-Lahıc bölgəsi. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar ediləcək, dəyirmi masalar yolu ilə iştirakçılar 1972-ci il Dünya Mədəni və Təbii İrsinin Qorunması ilə bağlı Dünya İrs Konvensiyasına dair praktiki biliklər əldə edəcəklər və həmçinin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə tanış olacaqlar. Sonda Forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini təqdim edəcəklər. Qeyd edək ki, açılış mərasiminin ardınca Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi iləAzərbaycan Memarlıq və İnşaat Universiteti arasında təhsil, innovasiya, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dairAnlaşma Memorandumu imzalanıb.

Alim   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR