Nazirlər üç saat ərzində nədən danışıblar?

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün nəticələri barədə açıqlama verib. Açıqlamada Azərbaycan tərəfinin bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu il iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığı ifadə edilir. Bildirilir ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir. Üç saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib.Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlmiş təkliflər təqdim ediblər.Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR