Pakistanın hərbi nümayəndə heyəti Azərbaycanda səfərdədir

Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Cənubi Afrika Respublikası, Oman və Çin Xalq Respublikası HHQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tanışlıq səfəri çərçivəsində briqada generalı Məhəmməd Camal Ərşadın başçılıq etdiyi heyət Azərbaycan Hərbi Hava Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR