Sosial paketin imzalanması əhalinin rifahını yüksəldəcək

"Nəsimi ili" 2019-cu ilə "İslahatlar İli" kimi daxil oldu. Ölkəmizdə neft sektoru ilə yanaşı qeyri neft sektoru, kənd təsərüffatı inkişaf etdirilir. Bu gün Azərbaycan iqtisadi və beynəlxalq təşkilatlara - Beynəlxalq Valyuta Fondu, Beynəlxalq İnkişaf Bankı və s. kimi təşkilatlara üzvdür. Məhz bu ölkədə ümumi məhsul göstəricilərinin yüksək olmasından asılıdır. Bununla yanaşı ölkənin sosial göstəriciləri özünü doğrultmalıdır. İlin başlanğıcında cənab Prezident xüsusi sərəncamlar vermişdir. Ölkədə əmək pensiyaları artırılmışdır. Pensiya yaşlı təbəqənin öz ehtiyaclarını qorumaq üçün xüsusi ayrılmış yardım kimi qəbul edilir. Məhz İlham Əliyev bu haqda da ciddi dəyişiklərin edilməsinə, pensiyaların qalxmasını nəzərdə tutan sərəmcam imzalamışdır. Gənclər ölkənin ictimai-siyasi cəhətdən öndəgedən və aktiv kateqoriyasıdır. Onların inkişafı dövlətin ən başlıca maraqlarındandır. Cənab prezident onların təhsilinə xüsusi diqqət ayırmışdır. Təqaüdləri artırmış, dövlət sifarişli yerlər çoxaldılmışdır. Bu gənclərə həm təhsilində, həm də ictimai-siyasi həyatında böyük stimuldur.

Bi fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.

O bildirib ki, cənab Prezident fiziki məhdudiyyətli, təhsil borclarında əziyyət çəkən tələbələri də düşünmüş onlara xüsusi güzəştlərin tətbiq edilməsi haqqında da sərəncam imzalamışdır: "13 iyun 2019-cu il tarixində sahibkarlıq fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalanmışdır. Sərəncamda sahibkarların fəaliyyəti əsaslı şəkildə tənzimlənir. Sərəncamda nəzərdə tutulur: sahibkarlarlıq sahəsində aparılan yoxlamalar tənzimlənməli, sahibkarların maraqlı əsaslı şəkildə üstün tutulmalıdır. 18 iyun 2019-cu il tarixində Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif(vəzifə) maaşlarının məbləğlərinin artırılmasına dair sərəncam imzalamışdır. Cənab prezidentin sərəncamına xüsusən minimum aylıq əməkhaqqı 250 AZN qərara alınmışdır. Əmək haqqı əhalinin iş səviyyəsi və sosial bazasının təhlili ilə nəzərdə tutulur. Sərəncama, müxtəlif dövlət qulluğunda işləyən şəxslər, hərbiçilər, müəllimlər və eləcə də həkimlər də aid edilir. Sərəncamın I hissəsi 2019-cu il sentyabr ayının 1-i qüvvədə olacaq. Artıq qısa müddət çərçivəsində xüsusi sərəncamlar imzalanmış və tətbiq edilməyə başlamışdır. Məhz bu ölkə prezidentinin xalqa göstərdiyi diqqətin aydın təzahürüdür. Sərəncama gənc nəsildən tutmuş yaşlı təbəqəyə qədər hərkəs aid edilmişdir. İnsanların daha rahat yaşaması, güzəranının yüksəldilməsi əsas məsələ hesab edilir. Ölkə cəmiyyətin inkişafından asılı olduğu üçün cəmiyyət həyatı yüksək şəkildə inkişaf etməsi vahid məqsəd götürülmüşdür,

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR