Ermənistanda siyasi böhran dərinləşir

"Ermənistan daxilində siyasi böhran dərinləşir. Baş nazir Nikol Paşinyan "Qarabağ klanına" qarşı yeni metodlarla mübarizəyə keçmək üçün hərəkətə keçir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki. hazırda Paşinyanın ordu sıralarında ona sadiq generallar yoxdur: "Orduda generallar Koçaryan və Sarkisyanın sadiq adamlarıdır. Məhz həmin generallar onlar tərəfindən bu rütbəyə gətiriliblər və dolayı yolla Rusiyanın Ermənistandakı "102-ci" bazasının təlimatı ilə hərəkət edirlər. Təbii ki, bu vəziyyət Paşinyan üçün arzuolunan deyil və proseslər onun əleyhinə işləyir".

Politoloq deyib ki, Rusiya və Qarabağ klanının əsas planı Paşinyanın növbəti aylarda iqtidarını ciddi şəkildə zəiflətməkdir: "Ona görə də Paşinyan orduda özünə sadiq generalitetə formalaşdırmaq üçün 2016-cı il aprel döyüşlərində Serj Sarkisyan tərəfindən vəzifədən qovulan hərbiçiləri vəzifəyə qaytarır. Bununla Paşinyan anti-Sarkisyan generallarına vəzifə verməklə öz tərəfdarlarını artırır. Məhz keçmiş vurulan generalları Paşinyan bu məqsədlə ətrfaına gətirib. Belə bir situasiyada cəbhədə ermənilərin təxribatı olacaq. Ölkəmiz diplomatik və hərbi yolla artıq hücuma keçməlidir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR