Fuad Heydər : "Cənab Prezidentin bizə, biz gəncliyə olan etimadını daim dogrultmalıyıq!!! "

Gənc  ekspert  Fuad Heydər bildirib  ki  bu gün Azərbaycan Prezidentinin, başda olmaqla ölkə rəhbərliyinin daxili siyasətinin əsas məqsədinin xalqın rifahının yaxşılaşdırılması üçün yönəldiyini başa düşürük: "Bu siyasət hər il daha geniş miqyasda davam etdirilir. Qeyd etmək lazımdır ki,dünyada pulun bütün ölkələr üçün problem yaratdığı bir halda bu ölkəmizdə bir o qədər hiss olunmur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan siyasət xəttimiz artıq dünyanın bir çox ölkələrində nümunə kimi göstərilir. Azərbaycan artıq siyasi və iqtisadi sabitliyin simvoludur. Ümumiyyətlə isə bütün bunların əsas səbəbi xalq- iqtidar birliyidir. Artıq ölkəmiz bir çox ölkələrə nümunə çəkilir. Ölkəmiz beynəlxalq və nüfuzlu yarışlara ev sahibliyi edir və bununla yanaşı təhlükəsizlik məsələləri yüksək səviyyədə təşkil olunur. Təhlükəsizliyin mənbəyi isə xalq-iqtidar birliyidir. Cənab Prezident İlham Əliyev bildirir ki, ölkəmizin inkişafı və siyasi-ictimai sabitliyi bizim ən böyük sərvətimizdir. Bu gün Azərbaycan gəncliyi ölkəmizlə fəxr edir və siyasəti böyük iftixar hissi ilə dəstəkləyir. "Mənim gənclərə xüsusi münasibətim var. Mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram." Təbii ki, bu qədər gözəl və səmimi sözlərdən sonra Azərbaycan gəncliyi öz inkişafını yalnız və yalnız ölkəmizin, vətənimizin inkişafına sərf etməlidir. Cənab Prezidentin bizə, biz gəncliyə olan etimadını daim dogrultmalıyıq!!! "

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR