Paşinyan hakimiyyətində böhran son həddə çatıb

Müdafiə naziri müharibəyə, xarici işlər naziri sülh danışıqlarına hazırlaşır  

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etməkdədir. On illərdir ki, beynəlxalq təşkilatlar təəfindən tanınmış Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bununla kifayətlənməyərək ölkəmizi təhdid etməkdə davam edir. Heç bir beynəlxalq hüquqa riayət etməyən Ermmənistan Azərbaycanı müharibə ilə hədələməkdə davam edir. Üstəlik hər gün atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə,   Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Belə ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Kəngərli, Acarlı, Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Bununla kivayətlənməyən Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 10 min silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirdiyini bəyan edib. Məsələyə münasibət bildirən Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qeyd edib ki, Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır: "Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10 min hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir, digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşinqtonda münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə "bundan sonra nə?" sualı ilə müraciət etməli oluruq".

Lakin bütün sadalananlara baxmayaraq bəzi siyasi ekspertlər hesab edirlər ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək məqsədilə hərbi əməliyyata başlaması beynəlxalq təşkilatlar tərəfindən birmənalı qarşılanmaya bilər. Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətininrəhbəri Səməd Seyidov Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfindən hərb variantına əl atılacağı təqdirdə, bunun beynəlxalq güclər tərəfindən necə qarşılanacağı məsələsinə münasibət bildirib. Qeyd edib ki,

Qarabağ cəbhəsində müharibənin başlanmasında, hərb variantına əl atılmasında Ermənistan, Paşinyan hakimiyyəti daha çox maraqlıdır, nəinki Azərbaycan: "Bununla bağlı iki əsas məqamı vurğulamaq istəyirəm. Birincisi, təbii ki, Azərbaycan Ordusu bu gün böyük bir qüdrətə, böyük bir gücə malikdir. Azərbaycan Ordusu özü də hər bir cəhətdən- həm mənəvi cəhətdən, həm də döyüş qabiliyyəti və hazırlığı cəhətdən hərb variantına hazırdır. Çünki istər Lələtəpə, istət Cünnüt əməliyyatından, istərsə Azərbaycanda gedən proseslərdən, cənab prezidentin gördüyü işlərdən sonra Ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi hökm sürür və bu, özü-özlüyündə ona dəlalət edir ki, Azərbaycan Ordusu Ali Baş komandan tərəfindən hər hansı bir göstəriş olsa, onu bir dəqiqə içərisində və bir kəlmə ilə həyata keçirməyə hazırdır. Ancaq, bu, işin bir tərəfidir. İkinci tərəfi isə ondan ibarətdir ki, təəssüflər olsun, indi müharibənin başlanmasında, hərb variantına əl atılmasında daha çox Paşinyan hakimiyyəti maraqlıdır, nəinki Azərbaycan. Ona görə ki, bu gün  Ermənistanın özünün içərisində, Ermənistanın Dağlıq Qarabağ separatçıları ilə münasibətində, separatçıların özünün içərisində ayrıseçkilik, dedi-qodu, intriqaların mövcudluğu şəraitində, hərbçilər, zabitlər, əsgərlər və sair içərisində gedən proseslər Ermənistanın vəziyyəti normal şəkildə idarə etdiyinə dəlalət etmir. Məhz bu istiqamətdə, məhz bu şəraitdə cəbhədə hansısa provokasiyalar, hansısa bir gərginlik məhz Ermənistan tərəfə daha çox sərfedici bir məqam kimi qiymətləndirilməlidir. Bu nöqteyi-nəzərdən də, bir daha təkrar edirəm ki,  Ordumuz çox güclüdür və hər bir problemin həlli iqtidarındadır. Ancaq indiki məqamda provakasiyalara yol açan Paşinyan hakimiyyəti məhz bu istiqamətdə siyasətini, fəaliyyətini təşkil edir ki, məsuliyyəti boynundan atıb, onu Azərbaycan tərəfinə keçirsin. Bu, çox vacib bir məqamı nəzərə alaraq, biz öncə dünya ictimaiyyətinə, beynəlxalq aləmə, regionda olan ölkələrə, beynəlxalq aktorlara izah etməliyik, göstərməliyik ki, kimdir provakator, kimdir bu vəziyyətdə maraqlı, kimdir bu problemləri yaradan. Məhz bundan sonra Azərbaycan təbii ki, beynəlxalq qanun çərçivəsində hər bir məsələni həll etmək iqtidarındadır".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR