Sosial paketin imzalanması korrupsiya ilə mübarizə məqsədi daşıyır

"Prezident İlham Əliyevin bu gün əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün imzaladığı ard-arda fərmanların çox böyük əhəmiyyəti var. Dövlət başçısı minumum əmək haqqı da daxil olmaqla müxtəlif sahələrdə çalışan insanların maaşları 40 fazi həcmində artırdı. Artıq minumum əmək haqqı 250 manat müəyyən edilib. Maaş artırılan təbəqə ölkə əhalisinin böyük əksəriyyətini təşkil edir. Demək olar ki, hər ailədə orta hesabla 1 nəfər bu gün maaş artımı ilə sevindi. Bu gün Azərbaycan ailəsində bir sevinc əhval-ruhiyyəsi yaşandı. Maaş artımına baxarkən strateji vəzifələrdə çalışan insanların maaşlarında artım görürük. Bu fərmanın mahiyyəti əslində daha da çox korrupsiyaya ilə mübarizə məqsədi daşıyır".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert  Zeynal Əmrəliyev deyib.

O bildirib ki, bu dünya ölkələrində yaranmış praktikadır: "Strateji vəzifədə işləyənlərə yüksək maaş verilir ki, onlar rüşvətdən uzaq dursunlar. Ancaq bu zaman sadə əhalinin də sosial vəziyyəti gözlənilməlidir. Bunun üçün minumum əmək haqqıda artırıldı.Bu artırılma prossesi təbiki irəli zamanlarda davam edəcək. Siyasətçilər əksər hallarda bu kimi sosial islahatları seçkiqabağı aparırlar. Ancaq cənab İlham Əliyev sosial sahədəki bu islahatlara prezindent seçkiləri bitdikdən sonra başladı. Bu əslində yüksək siyasi mədəniyyətin gösdəricisidir.Əgər bu addımlar seçkiöncəsi təbliğatın bir parçası kimi görünmə ehtimalını nəzərə alan dövlət başçısı bu prossesi seçki sonrasına saldı. Dövlət başçısına bu böyük addımına görə təşəkkürümü bildirirəm.Bu onu göstərir ki, dövlət başçısı seçkilərdən, siyasi hakimiyyətdən daha çox Azərbaycan vətandaşını, onun normal yaşayışını düşünür.Son zamanlar atılan addımlar yuxardan aşağı bütün məmur təbəqəsinə də bir xəbardarlıq mahiyyəti daşıyır. Dövlət başçısı insanlarla normal davranmağı tək sözdə yox, əməldə də göstərir. Hər bir məmur bu işdə cənab prezindentdən örnək götürməli, insanların daha yaxşı yaşaması üçün nə lazımdırsa etməlidir. Çünki Azərbaycan vətəndaşının yaxşı yaşaması Azərbaycan dövlətinin ən ali məqsədidir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR