Azərbaycan MDB məkanında maaş artımına görə 2-ci yeri tutacaq

"Ölkə başçısnın sərəncamı ilə minimum aylıq əmək haqqı 180 manatdan 250 manata qaldırıldı. Minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncam 2019-cu ildə artıq ikinci dəfədir imzalanır. Bu, Azərbaycanın iqtisadi tarixində rekord göstəricidir. Bundan əlavə imzalanan sərəncama əsasən bir sıra dövlət büdcəsindən maliyyələşən qurumların işçilərinin, hərbi qulluqçuların və müəllimlərin də maaşları artıldı".

Bu fikirləri Olaylar.az- siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, sentyabrın 1-dən etibarən qüvvəyə minəcək artımdan sonra Azərbaycan MDB məkanında maaş artımına görə 2-ci yeri tutacaq: "Bu, həqiqətən möhtəşəm göstəricidir. Əmək haqlarının əhəmiyyətli artımı sayəsində əhalinin alıcılıq qabiliyyətinin artması ilə yanaşı, iqtisadi aktivliyin də artacağı gözləniləndir. Maaş artımı ölkə əhalisinin 1 milyondan artıq hissəsini təşkil edecek. Əsasən də güc strukturlarını əhatə edəcək bu artım rüşvətxorluq və korrupsiya kimi mənfi halların da azalmasına təsir edəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR