“Fransa beynəlxalq hüquqa söykənən addım atıb”

"Fransa sadəcə beynəlxalq hüquqa söykənən addım atıb".

Bunu politoloq Fuad Heydər deyib.

Gənc siyasi şərhçi bildirib ki, belə qərarlar vermək ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın öhdəliyidir:

"Fransa açıq şəkildə separatizmə dəstək verdiyini bəyan edə bilməz. Bu, həmçinin, Fransanın nüfuzuna da böyük zərbə endirmiş olardı. Ancaq düşünmürəm ki, bu addım rəsmi Parisin ermənipərəst mövqeyində hansısa əks fikir yaratsın. 

Avropa ölkələri ikili standartlara davam edirlər. Fransa Senatının dəfələrlə Ermənistan lehinə qərarlar verdiyinin şahidi olmuşuq. Bu səbəbdən məhkəmə qərarlarının, ələlxüsus da beynəlxalq hüquqa zidd bir qərarın ləğvinə görə, Fransanın ermənipərəst mövqedən tamamilə geri çəkildiyini iddia etmək absurd olar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR