Bakıdan İrəvana SARSIDICI ZƏRBƏ: erməni deputatlar AYAĞA QALXDI

Fransa məhkəmələrinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma "DQR"-lə bağlı qərarlarının İrəvanda yaratdığı siyasi çaxnaşma davam edir. Əvvəlcə Serji-Pontuaz məhkəməsinin qərarı ilə Arnuvil şəhərinin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə "Dostluq haqqında xartiya"sı ləğv edildi. Eyni qərarla Arnivul şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "dostluq xartiyası" ləğv edildi. Daha sonra Qrenobl məhkəməsi eyni xarakterli 4 "dostluq xartiyası"nı ləğv etdi.

Publika.az xəbər verir ki, Ermənistan üçün ağır zərbə olan bu qərarlardan sonra İrəvanda ciddi siyasi çaxnaşma yaşanır, xüsusilə bunun digər Avropa ölkələri üçün presedent olacağı qorxusu böyükdür. Fransa məhkəmələrinin qərarlarının Ermənistan parlamentində müzakirəsi zamanı da bu qorxular dilə gətirilib.

Müzakirələr zamanı Ermənistan hakimiyyəti, xüsusilə Xarici İşlər Nazirliyi ittiham olunub, Azərbaycan diplomatiyası qarşısında məğlubiyyətə uğradıqlarını etiraf ediblər.

"İşıqlı Ermənistan" fraksiyasının deputatı Arman Babacanyan bildirib ki, Fransa məhkəmələrinin qərarları Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyətsizliyinin nəticəsidir.

"Belə bir qərarların veriləcəyi proqnozlaşdırılırdı. Çünki Azərbaycan Fransada genişmiqyaslı iş aparır, biz isə heç bir fəaliyyət göstərmirik. Hər şeydə tamamilə diasporun potensialın ümid edirik, gözləyirik ki, diaspor nəsə edəcək. Lakin onlar yalnız vəkil tapa bildilər, vəkilin də əlindən heç nə gəlmədi", - deyə erməni deputat qeyd edib.

Babacanyan vurğulayıb ki, bu qərarlarin ciddi nəticələri olacaq və Avropa İttifaqının üz ölkələrinin digər şəhərləri üçün nümunə xarakteri daşıyacaq.

Müzakirələrdə iştirak edən xarici işlər nazirinin müavini Qriqor Ovannisyan isə deputatları sakitləşdirmək üçün məhkəmə qərarlarının perspektivdə heç bir nəticəsinin olmayacağını iddia edib. Onu da etiraf edib ki, "Ermənistanın Fransanın müstəqil məhkəmələrinin qərarlarını dəyişdirməyə heç bir gücü yoxdur".

Lakin deputatlar Ermənistan XİN-in nümayəndəsinin "bəraəti"ni qəbul etməyiblər.

A.Babacanyan Ermənistanın bu qərarlara qarşı mümkün addımlar atmasının vacibliyindən danışıb.

"Fransaya başa salmalıyıq ki, bu, diasporun məsələsi deyil, birbaşa anti-Ermənistan qiymətə malikdir", - deyə o bildirib.

Parlamentin xarici əlaqələr üzrə komissiyasının sədri Ruben Rubinyan isə bildirib ki, Fransa məhkəmələrinin qərarlarına müdaxilə mümkünsüzdür:
"Burada söhbət məhkəmə qərarları yox, onların nəticələrindən gedir. Razılaşın ki, Ermənistanda hansısa ölkənin səfirliyinin əməkdaşı erməni məhkəmələri və ya hakimləri haqqında danışması gülməli olardı. Düşünürəm ki, Fransada məhkəmələrin müstəqil olduğuna etiraz etməyəcəksiniz, lakin problemin olduğunu hamımız bilirik və buna uyğun iş aparılmalıdır".

Göründüyü kimi, Fransa məhkəmələrinin qərarları Ermənistanda "soyuq duş" effekti yaratdı və ermənilərin də etiraf etdiyi kimi, burada Azərbaycan diplomatiyasının fəaliyyəti həlledici rola malikdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR